Əsas məzmuna keç

Qoşma

Gülümsədi

Zəlimxan Yaqub

1

Bir dünya gözəli çıxdı yollara, Şehli dodağında gül gülümsədi. Boylanıb baxanda duru sulara, Ləpə pıçıldadı, göl gülümsədi.

Xoş xəbər yayıldı doğma ellərə, Sevənin sevinci döndü sellərə. Küləklər toxundu qara tellərə, Meh bəxtəvər oldu, yel gülümsədi.

Dünya gözəlləşdi gözəl güləndə, Gözəl danışanda, gözəl güləndə. Əl üzə dəyəndə, üz-əl güləndə, Nurlu təbəssümlə el gülümsədi.

2006, 19 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.