Gülməz
Qəlbinə qan damanların üzləri gülməz, Axşamları, gecələri, gündüzləri gülməz.
Ovçuya ov, qurda quzu, yemsizə yem olanların, Güləni tək-tək olar, minləri, yüzləri gülməz.
Heç kəsin torpağı inləməsin kafər əlində, Dağları dağ-dağ olan xalqın düzləri gülməz.
Siyasətin, xəyanətin qurbanı olan kəslər, Özgələri güldürər üstünə, özləri gülməz.
İllər boyu içərisi çürüyən kimsələrin, Kirpikləri qan-yaş tökər, gözləri gülməz.