Gülməkdən gözəl nə var?
Təki ürəkdən gələ, Gülməkdən gözəl nə var? Gülə-gülə göz yaşı, Silməkdən gözəl nə var?
Qonaq edə bağına, Çağıra qız çağına. Gözəlin ayağına, Gəlməkdən gözəl nə var?
Qismət tuta, sarıya, Ömür bəxtdən yarıya. Yarla canı yarıya, Bölməkdən gözəl nə var?
Sözün gücü yerində, Eşqin sirri dərində. Bir qız qədəmlərində, Ölməkdən gözəl nə var?
2001, 15 dekabr