Güllü
Tovuz kimi qalxdı çeşmə başından, Bütün gözəllərin gözəli, Güllü! Almadı yanağın, büllur buxağın, Dodaqların meyli, məzəli, Güllü!
Qıya baxdın, məni saldın zillətə, Yusif kimi necə düşdüm qürbətə. Hicran qəmi məni salıb möhnətə, Səni gördüm, dərdim azalı, Güllü!
Ələsgər qurbandı, ay boyu minə! İncidən, mərcandan düzüb köysünə. Tərsa üzün görsə, tez gələr dinə, Alim görsə, gedər saz alı, Güllü!