Güllərin
Könül açdım, nəfəs qatdım, can dedim, Nəfəsinə, qoxusuna güllərin. Bircə-bircə necə çəkim adını, Şeir dedim çoxusuna güllərin.
Yüz il baxsam, baxışından doymaram, Bir çiçəyin solmağına qıymaram. Qədəmimi göy çəmənə qoymaram, Çoxu yana, çoxu sına güllərin.
Ürək verdim ürəyimi duyana, Layla çaldım məni həmdəm sayana. Elə yatıb, inanmıram oyana, Bal qatmışam yuxusuna güllərin.
1977, 9 iyul