Güllər, tikanlar
Bir nadan toxundu bir qız qəlbinə, Söz dəydi ürəyə ağır daş kimi. Qəzəbim çağladı, sellərə döndü, O qızın gözündən axan yaş kimi.
Yenə bir təsəlli tutdu qolumdan, Kobuda neyləsin zərif, utancaq. Güllər könüllərə ətir payladı, Tikanlar çəpərə yaradı ancaq.
1978, 23 fevral