Əsas məzmuna keç

Qoşma

Güləndam

Aşıq Ələsgər

1

Səni gördüm, əl götürdüm dünyadan, Qara gözlü, qələm qaşlı, Güləndam! Alma yanağına, bal dodağına Baxan kimi ağlım çaşdı, Güləndam.

Tovuz kimi xoş bəzənib durubsan, Ala gözə siyah sürmə vurubsan, Sağ ol səni, yaxşı dövran qurubsan, Bu dünyanın sonu puşdu, Güləndam!

Heç demirsən Ələsgərim hardadı? Səbəb nədi gülün meyli xardadı? Mənim gözüm qoynundakı nardadı, Aşığa lütf etsən, xoşdu, Güləndam!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.