Güldürər üzünü yar, yar olanda
Güldürər üzünü yar, yar olanda, Dili şəkər eylər, sözü qənd eylər. İncisən, könlünü almaq eşqinə Qara saçlarını bir kəmənd eylər.
Ürək öz gücünü sevgidən ala, Döndərər ömrünü şərbətə, bala. Məhəbbət bir evi qoymaz tək qala, Neçə şəhər eylər, neçə kənd eylər.
1974, 17 yanvar