Əsas məzmuna keç

Sərbəst şeir

Güc

Zəlimxan Yaqub

1

Ən böyük düşməni də dost eləmək istəyirəm. Tanrım! Mənə barış gücü ver! Ən dəli küləklərlə, Ən dolu şimşəklərlə Yarışa çıxmaq istəyirəm, Mənə yarış gücü ver! Tanımaq istəyirəm Doğunu, batını, Öyrənmək istəyirəm Şairlərin gücünü, Fatehlərin həyatını Mənə axtarış gücü ver! Öz evimin qapısı kimi Açmaq istəyirəm fəsilləri Yandırmağa yay gücü ver, Dondurmağa qış gücü ver! Fikrim torpaq əkən kotan kimi parıldasın, Mənə kotan qüvvəti, mənə xış gücü ver! El atan daş uzaq gedər, Müqəddəs işlər görməyə Mənə elin dilindəki, Xalqın ürəyindəki alqış gücü ver!

2010, 14 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.