Əsas məzmuna keç

Qoşma

Gözümüz üstündə mehman əyləşib

Zəlimxan Yaqub

1

Söz bizi çıxardır şahlıq taxtına, Saçar işığını Ay taxtımızda, Çapırdar atını belədən-belə, Allahın verdiyi pay taxtımızda.

Qədimdən qədimdi, uludan ulu, Dənizi dalğalı, çeşməsi sulu. Söz mənim bəyimdi, mən onun qulu, Qoy rahat əyləşsin bəy taxtımızda.

Gözümüz üstündə mehman əyləşib, Mehmana canımız qurban, əyləşib. Nə yaxşı söz adlı sultan əyləşib, Bizim könül adlı paytaxtımızda.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.