Əsas məzmuna keç

Qoşma

Gözümün üstə

Zəlimxan Yaqub

1

Ana, məhəbbətin ocağa dönsə, Gözünü saxlaram gözümün üstə. Qoymaram bircə gün çatıla qaşlar, Gözünü saxlaram gözümün üstə.

Ürəyim eşqinlə doludur, dolu, Dəyməz bu sevgiyə nə qar, nə dolu. Öpərəm hər axşam keçdiyin yolu, İzini saxlaram gözümün üstə.

Sən ki bağbanısan körpə güllərin, Qəm yemə, ağarsa qara tellərin. Yetmişi, səksəni azdır illərin, Yüzünü saxlaram gözümün üstə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.