Gözümü öyrətdim gülə-çiçəyə
Yoxuşlar yolumdu, yollar qismətim, Eniş də məndədi, yoxuş da məndə. Zirvə ucalığım, dağ yüksəkliyim, Şimşək də məndədi, yağış da məndə.
Gözümü öyrətdim gülə-çiçəyə, Üzümü öyrətdim çənə, çisəyə. Döndüm göy çəməndə ağ kəpənəyə, İlmə də məndədi, naxış da məndə.
Dolaşıq yollarda azar bir yolum, Haqqın dastanını yazar bir yolum. Beşik bir yolumdu, məzar bir yolum, Alqış da məndədi, qarğış da məndə.
2006, 28 iyul