Gözüm düşdü
Şükür, əlhəmdülillah! Canana gözüm düşdü, Meyxanada mey içdim, Məstana gözüm düşdü.
Ey zülfü, saçı ənbər, Mehrab ki üzün minbər, Ey ləli-ləbi gövhər – Ümmana gözüm düşdü.
Ey gözləri həramı, Gəl seyr eylə yaramı, Ey könlümün aramı – İmana gözüm düşdü.
Ey cadu ceyran gözlü, Ey şəhdi-şəkər sözlü, Ey şəms-qəmər üzlü – Tabana gözüm düşdü.
Arzuda gəzər ellər, Xidmətə gələr qullar, Tazə açılan güllər – Bostana gözüm düşdü.
Hər saçları bir sünbül, Guya ki mənəm bülbül, Ey cənnət içində gül, Rizvana gözüm düşdü.
Bu dərdimə sən dərman, Odunda olam nalan, Məxdumqulu der, ey can, Canana gözüm düşdü.