Gözləyirəm
Dan yerində sevinc var, Sabahı gözləyirəm. Sabahdan nə fəryadı, Nə ahı gözləyirəm.
Yol müqəddəs, mən atlı, Fikrim qollu-qanadlı, İlahidən söz adlı, Silahı gözləyirəm.
Sultanı taxt çağırır, Xoşbəxti bəxt çağırır, Görək nə vaxt çağırır, Allahı gözləyirəm.