Gözləyirəm
Endi yolların üstə, Çən, səni gözləyirəm. Düşdü qara tellərə, Dən, səni gözləyirəm.
Özgə gülü dərmirəm, Yaylıq üstə sərmirəm. Torpağam, göyərmirəm, Dən, səni gözləyirəm.
Qoyma ömür qısala, Toy yerini yas ala. Hamı çatdı vüsala, Mən, səni gözləyirəm!