Əsas məzmuna keç

Qoşma

Gözləyir

Zəlimxan Yaqub

1

Boylanır yaylaqdan arana doğru, Anam binəsində məni gözləyir. Həsrəti gözündə, sözü dilində, Eşqi sinəsində məni gözləyir.

Atam da məhlənin qaşından enib, Gündə neçə dəfə alışıb, sönüb. Düzə dirsəklənən dağlara dönüb, Əli çənəsində məni gözləyir.

Nə həsrət tükənər, nə ağrım, acım, Quruyur fəsəlim, soyuyur sacım. “Qaqam hanı” deyir dil açan bacım, Gözü nənəsində, məni gözləyir.

1975, 1 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.