Gözlərin
Nə sərin bulağı var, Nə isti ocağı var, Nə odlu qaynağı var, Mənə baxan gözlərin!
Bəxtin uğuru billəm, Gözümün nuru billəm, Eşqini duru billəm, Mənə baxan gözlərin!
Giləsində inci var, Dağ boyda sevinci var, Tanrı kimi gücü var, Mənə baxan gözlərin!
Həm savabdı, həm günah, Həm axşamdı, həm sabah. Sehrinə bax, ay Allah, Mənə baxan gözlərin!
Sevmişəm ədasını, İçmişəm badəsini, Mən alım qadasını, Mənə baxan gözlərin!