Əsas məzmuna keç

Heca şeiri

Gözlərim qapananda

Zəlimxan Yaqub

2

Doğan günəş oluram, Sevgin ilə alışıb, Eşqin ilə yananda.

Bütün gözəllikləri, Qəlbimə köçürürəm, Səni nə vaxt ananda.

Sənin adın olacaq, Dilimin ən xoş sözü Son saatda, son anda.

İşığımı, odumu, Sənə verib gedəcəm. Baxışlarım yumulub, Gözlərim qapananda.

2005, 21 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.