Gözlər məni
İlk görüşdə “arzum” dedi, Dilək saydı gözlər məni. Allah bildi öz eşqinə, Fələk saydı gözlər məni.
Ocaq olmaq idi qəsdim, Qismətimi özüm kəsdim. Baxışından tir-tir əsdim, Külək saydı gözlər məni.
Gör, endirdi hardan hara, Adım üstdən çəkdim qara. İncəlib, düşdüm yollara, Lələk saydı gözlər məni.
1975, 10 aprel