Gözlər
Mərd qədrini bilməz xan, Eldə namərdi gözlər. Ağzı yanan bir çoban, Daima qurdu gözlər.
Hicran oduna bişən, Ayrılıqdan pərişan, Yurdundan ayrı düşən Mehriban yurdu gözlər.
Bir dərd gələrsə yaman, Nə mərd dözər, nə mərdan, Dəri-dərmanlı Loğman Mal deməz, dərdi gözlər.
Payın qiymətin görən, Yaxın-irağı gəzən, Səfil-sərgərdan yürən, Xər deməz, atı gözlər.
Görüb qalar asmana, Düşməz ulu ümmana, Eşq aşiqi pərvana Gecə ol odu gözlər.
Axır zamana haçan, Varmıdır ondan qaçan, Cəsədi qalan bican Abi-həyatı gözlər.
Zinhar, olmayın sirdaş, Qocaldar ol cavan baş, Namərdə olsan yoldaş, Durub fürsəti gözlər.
Gözüm bağlı mən uçub, Bişmişəm nara qaçıb,
Müftilər Quran açıb Ulu taəti gözlər.
Kim qaldı qocalmayan, Düxtərlər oldu cavan, Bağda sərvi-xuraman, Gül deməz, badı gözlər.
Bir neçələr ar edib, Beytinləri zar edib, Gözəl elin xar edib, Bir ulu adı gözlər.
Dəştdə qurbandır güllər, Ruyin öpərmiş yellər, Ovu hesabsız çöllər Türgən sayyadı gözlər.
Ərşə çıxdı nalələr, Harama döndü mallar, Bu zamanda mollalar, Yortub, zəkatı gözlər.
Üzündədir nurları, Gözündədir narları, Bu əyyamın ərləri Atı, sursatı gözlər.
Hara dönübdür dini, Məgər yoxdur imanı, Xəsis yığıb dünyanı, Feli-həcatı gözlər.
Pünhan sirrim aşkara, Neylək, çıxıb şikara, Məxdumqulu biçara Bircə züryəti gözlər.