Əsas məzmuna keç

Qoşma

Gözlər

Məxdumqulu Fəraqi

1

Elindən ayrı düşən Ah çəkər, eli gözlər. Yolundan ayrı düşən Cəhd edib, yolu gözlər.

Göydə fələk gərdandır, Xalq yerdə sərgərdandır, Nə tamahkar cahandır, Göz açan malı gözlər.

Kimlərdə altın tacdır, Kimlər sail, möhtacdır, Kimlər dibdən qəllacdır, Kim xalça, xalı gözlər.

Kim nan tapmaz yeməyə, Kim yer tapmaz qoymağa, Kim don tapmaz geyməyə, Kim tirmə şalı gözlər.

Bu cahan bir heçdədir, Kim oyaq, kim düşdədir, Hər bəndə bir işdədir, Hər kəs bir halı gözlər.

Həngam uzun, ömür az, Dörd mövsümə başdır yaz, Göydə qanad qərən qaz – Gözləri gölü gözlər.

Məxdumqulu huş edər, Gözlərindən yaş gedər, Dəli könül coş edər, Yüz min xəyalı gözlər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.