Əsas məzmuna keç

Heca şeiri

Gözləmə

Zəlimxan Yaqub

1

İpək təbiətin yoxsa dünyada, Qumaşı, ipəyi məndən gözləmə. Çiçək təravətin yoxsa dünyada, Bir gülü, çiçəyi məndən gözləmə.

Qoymadın oynadam qoşa qolumu, Bağladın sağımı, kəsdin solumu. Sən ki gözləmədin mənim yolumu, Dünyada heç nəyi məndən gözləmə.

1977, 9 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.