Əsas məzmuna keç

Heca şeiri

Gözəllik

Zəlimxan Yaqub

1

Gözəllik bu yer üzünə, Göydəki işıqdan düşür. Eşq adamın ürəyinə, Bəzən bir gül ləçəyindən, Bircə sarmaşıqdan düşür. Doğmayanda ulduzları, Öpməyəndə Ay qızları, Gözəllərin gözlərində, Dünya yaraşıqdan düşür.

2000, 23 aprel Ankara

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.