Gözəlləşirəm
Mənim gözəlliyim şeirimə bağlı, Kim onu öyəndə gözəlləşirəm. Yaşıl misralardan yaşıl don biçib, Gözəllər geyəndə gözəlləşirəm.
Məni danışdırır ilham yar kimi, Dinirəm ən şirin havalar kimi. Dolu misralarım yetkin bar kimi, Budağı əyəndə gözəlləşirəm.
Bürünür ipəyə, zərə bir cürə, Dağ bir cür gözəldi, dərə bir cürə. Bir cür gözəlləşir, hərə bir cürə, Mən şeir deyəndə gözəlləşirəm.