Gözəllər yıxıb
Odu dalğa vuran ocaq kimiydim, Od söndü, oynatdın külümlə məni. Kədərdən, həsrətdən uzaq kimiydim, Sən qohum eylədin zülümlə məni.
Aylarmı, illərmi çıxdı əlimdən, Elə qismətimə bir günmü düşdü. Üzünü-gözünü bozardanda çən, Sevinc bu yerlərdən sürgünmü düşdü.
Görüşlər olsa da şirindən şirin, Vaxtsız ayrılıqlar qəlbini sıxıb. Sevilən şairin, sevən şairin, Evini həmişə gözəllər yıxıb.
1975, 13 dekabr