Əsas məzmuna keç

Heca şeiri

Gözəllər şahı

Zəlimxan Yaqub

1

Çək şirin nazını bu ağacların, Açsın çiçəyini, bar versin sənə. İpək yarpaqların, yaşıl saçların, Sərin kölgəsində yer versin sənə.

Ağaca Allahın özü kimi bax, Barlı budaqlardan pay versin sənə. Yaşıl duyğulardan yaşıl qanad tax, Ağac özü kimi boy versin sənə.

Kim daşa tapınır, kimi torpağa, Ağac Allahına tapınan mənəm. Ruhumu verdiyim müqəddəs bağa, Gözəllər şahına tapınan mənəm.

2001, 3 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.