Gözəllər
Üzə vurmaz ürəyindən keçəni, Keçib-gedər duymazyana gözəllər. Külək vurub dağıtsa da saçları, Tellərini yaymaz yana gözəllər.
Sevən kəslər on göz ilə baxsa da, Baxışları şimşək kimi çaxsa da, Ürəyini yandırsa da, yaxsa da, İnadını qoymaz yana gözəllər.
Yanaqları çiçəklənər, xallanar, Dodaqları şəkərlənər, ballanar. Yeriyəndə salatıntək sallanar, Yeriş vurar saymazyana gözəllər.
1975, 25 avqust