Əsas məzmuna keç

Qoşma

Gözəlim

Məxdumqulu Fəraqi

1

Verək şirin canımı, gəlgil-nihan gözəlim, Sənsiz gözə almanam fani-cahan, gözəlim, Pərilərin sahı sən, gözəl sultan gözəlim, Kirpiklərin cəlladdır, mürvət-aman, gözəlim, Bu fələk gərdişində yoxdur canan, gözəlim, Gül ruyində bənd olmuş mahi-taban, gözəlim, Nəzər eylə gözümə, bənddir ümman, gözəlim.

Gül ruyində bilmədim, vardır ol cürgə xalın, Kamana əzm eyləmiş, çeşm üstündə hilalın, Sultanısan Leylinin, ol Züleyxa zülalın, Qoynun içrə yetişmiş firdövs ərən nihalın, Mahi-taban bənd oldu görüb sahibcamalın, Gül ruyindən götürgil, nəzər salaq, dəsmalın, Mən eşqində olmuşam dəli-Məcnun, gözəlim.

Gənç-xəzinə saxlayır, sallanıbdır şamarın, Ol şamarın altında yatıbdır qoşa narın, Qılsan biadil fərman, deməm: «Yaman azarın», Can şəhrində gördüm mən sənin eşqi bazarın, Aman, dilbər, yandırdı, nə əcaib nəzərin, Mən Fərhadam, ağlayıb eşqində xari-zarın, Şirin kimi daransan, yoxdur ərman, gözəlim.

Sözlə dilbər, eşidək, qəflətdən çıxsın gözüm, Naz eyləyib baxarsan, bilmən, nə diyən sözüm, Fani cahan içində eşqinə məstan özüm, Ömür axır düşmədi camalına bu üzüm, Qurtarmışam, katibəm, əlimdədir bəyazım, Sənsən fələk çarxında könlümdə dilnəvazım, Dərdim əncümən qılıb, mən natəvan, gözəlim.

Füzun olsa da dərdim, yetişərsən Loğmanım, Dünyada gənci-kanım, sənsən dini-imanım, Bağ içində bərq vuran ənbərımsən, reyhanım, Görər gözüm işıği, kəlam desəm zəbanım, Könlüm bağında bitmiş gözəlim, ərğuvanım,

Səhər səba dolanan sən sərvi-xuramanım, Canım içində bitən sən cavidan, gözəlim.

Qəbul qılsan mən qulu, daim xidmət qılayım, Tanrıdan nə dərd ensə, varıb özüm alayım, Əzrayılın alnında mən sədəqə olayım, Gər ki, gözəl, istəsən, canım nara salayım, Ol Məcnunun yerində daim özüm qalayım, Sən Quranım nəzər sal, bu üzümə salayım, Mənim kimi bir qulda sahibgiran, gözəlim.

Desələr sən tək gözəl enmiş fani cahana, İnanmaram, inan ki, bu cür qələt süxənə, Hərgiz seyr eyləsən, nəzər salgil bu cana, Eşq ilən zövq edib girdim darül-amana, Cürə xalın yesiri, mən ol hala pərvana, Ömür axır düşməz ruy bağda sən tək reyhana, Nar içində dolansam, bilgil, ehsan, gözəlim.

Başdan-payə seyr etdim, belindədir zünnarın, Yanan canıma qonar ol atəş bişümarın, Nisar qılsam canımı mən fəqir giriftarın, Hansı yerə baş qoysan, alnında sazəvarın, Yanan cana rəhm edər, çevir əcəb nəzərin, Gündə bir dəm görməsəm, yetməz səbrü qərarım, Qoynun içində gördüm mən laməkan, gözəlim.

Məxdumqulu pərvanə, eşqin ilən od alar, Ta xakistər olunca, pərvanə narda qalar, Ruyin görüb ol behişt, hu çəkmişdir, utanar, Sənin kimi bir gözəl, məgər, firdövsdə olar, Neyləyim, bəxtim qara, fələk badağın salar, Vermənəm yar canını, mənim canımı alar, Verər oldum canına gündə on can, gözəlim.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.