Əsas məzmuna keç

Qoşma

Gözəldir

Zəlimxan Yaqub

1

Payız kövrəldəndi, bahar coşduran, Məni sərt eyləyən qış da gözəldir. “Ürəyin daşdırmı” – demə, ay insan, Duymağı bacarsan, daş da gözəldir.

Bir gözəl çıxanda çəmənə, düzə, Fikir ver yanağa, nəzər sal üzə. Gözəllik baxarmı əyriyə, düzə, Demə ki, əyridi, qaş da gözəldir.

Zəlimxan, olmasın nə ah, nə aman, Kədərdən ağlamaq yamandır, yaman. Sevincin qəlbini dolduran zaman Yanaqdan süzülən yaş da gözəldir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.