Əsas məzmuna keç

Heca şeiri

Gözəldi

Zəlimxan Yaqub

1

İgid yolda, səfərdə, Ovçu ovda gözəldi. Ayaqlar üzəngidə, Əl cilovda gözəldi. Qar üstünə iz düşər, Ov qrovda gözəldi. Ceyranlar qaçaqaçda, Qovhaqovda gözəldi. Kimə nə faydası var, Lal gəlib, mal getməyin? Alov canın cövhəri, Can alovda gözəldi. Vurul, sevil, sev, yaşa, Belə ömür, belə gün, Belə sevda gözəldi.

2002, 1 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.