Əsas məzmuna keç

Qoşma

Gözəldi

Zəlimxan Yaqub

1

Bir gözəldə min gözəllik cəmlənib, Duruşu da, ədası da gözəldi. Sularında üzüb gedən qəvvasam, Dalğası da, adası da gözəldi.

Özü nurdan, sözü haqdan gəlibdi, Şahımızdı, enib taxtdan gəlibdi, Qulaqlara səsi çoxdan gəlibdi, Bizə çatan sədası da gözəldi.

Göy üzündə durnaları saxladıb, Yer üzündə qayaları laxladıb, Zəlimxanın anasını ağladıb, Mənə gələn qadası da gözəldi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.