Gözəldi
Bol payızın əldən gedən vaxtıdı, Barlı bağlar başdan-başa xəzəldi. Torpaq elə həzinləşib, kövrəlib, Deyirsən ki, bayatıdı, qəzəldi.
Dəli yellər haray salıb əssə də, Qar qalanıb qapımızı kəssə də, Könül bəzən təbiətdən küssə də, Dünya yenə gözəldi ki, gözəldi.