Əsas məzmuna keç

Qoşma

Gözəl «şirqazi»

Məxdumqulu Fəraqi

1

Məkan tutub, üç il yedim duzunu, Gedər oldum, xoş qal, gözəl «Şirqazi». Ötürdüm qışını, novruz-yazını, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Haqqdan bizə buyruq, bağlıdır belim, Səndə təlim aldı, açıldı dilim, Gəlsin deyib gözlər ol gərkəz ilim, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Seçərəm indi mən ağı-qaranı, Dost, rəqib, qardaşı, haqqı, yaranı, Oxudım, götürdüm kitap, Quranı, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Ağlım qısa idi, kasam qaynadı, Ürəyim atlandı, könlüm oynadı, ...................................................... Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Coşgun ürəyimdə mövç vurar, yatmaz, Qaynar, qəzəblənər, heç laya batmaz, Elm-təlim alan səni unutmaz, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Peyman dolmaz, gəlsək taqət yetməyən, Pünhan zahir qılmaz aqil getməyən, Badi-pay atlanıb, seyran etməyən Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Quma girsəm, qəvvas kimi üzərəm, Bihəsrət dolanıb, biqəm gəzərəm, Dəhan içrə balü zəban əzərəm, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Kamil olub, mən sərəncam qılmışam, Müşfiqimdən, ol pədərdən qalmışam,

Kəbəmdən ayrılıb, cüda olmuşam, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Sıramı gözləyib kamana düşdüm, Leysan tökdü yaman, qaynadım-coşdum, Xoş qal, bu gün Ceyhun çayını aşdım, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Məxdumqulu yığıb könül vəfasın, Təzim etdi, kim çəkmişdi cəfasın, Heç zaman unutmaz qızıl qapısın, Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.