Əsas məzmuna keç

Heca şeiri

Gözəl ölüm

Zəlimxan Yaqub

2

Ağrısı yox, azarı yox, İnsan ilə bir alveri, Dünya ilə bazarı yox. Gözəl bir ömür yaşayır, Rahat adam rahat ölür. Rahat adam ölən günü Həyatda bir həyat ölür. Tanrının öz hesabı var, Zalımlar zülümnən ölür. Dünyanın gözəl adamı Mələk kimi uçub gedir, Gözəl bir ölümnən ölür.

2007, 1 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.