Gözəl axtarır hamı
Elə ki, çatır əli Gəncliyinin çağına – Uçub qonmaq istəyir Bir gülün budağına. İstəyir ki, nur saça, Yana bəxtinin şamı, Gözəl axtarır hamı.
Deyir, gözlərin ala, Qaşların da qaradır. Gözəllikdən güc alıb, Min bir əsər yaradır. Aşiqlərin eşqidir, Şairlərin ilhamı, Gözəl axtarır hamı.
Ağır dərddir, həyatda Gəzdiyin Allah ola, Qismətinə din düşə. Gözəl deyib, yanasan, Payına çirkin düşə. Arzulara çatmasan Ömrün-günün, həyatın Nə ləzzəti, nə tamı, Gözəl axtarır hamı.
Geniş ürək, odlu göz, Çilçıraqlar yandırar. İşıq keçsə, otaqda Sevinc işıqlandırar. İşıqlı keçsin deyə Ömrün səhər-axşamı, Gözəl axtarır hamı.
Nənəmin nəvəsinə Canım deyə, can ola. Kişi belindən gələ, Əsil bir insan ola. Yaxşı olsa gəlinlər, Oğulların bəxtidir, Anaların bayramı, Gözəl axtarır hamı.
1972, 17 iyun