Əsas məzmuna keç

Gəraylı

Gözəl

Aşıq Ələsgər

1

Nə baxırsan pəncərədən, Xumar gözün süzən gözəl!? Seyraqubla aşna olub, Bağrım başın əzən gözəl!

Büllur buxaq, bəyaz gərdən, Ağlımı aparır sərdən. Yaxasına hərdən-hərdən İnci, sədəf düzən gözəl!

Qəlbimi yandırdın oda, Sirr sözümü vermə yada. Uyubsan zalım xoryada, Məndən kənar gəzən gözəl!

Gümüş kəmər, incə belli, Ağ biləkli, nazik əlli, Ay qabaqlı, siyah telli, Ürəyimi üzən gözəl!

Xəyalım çaşır güləndə, Pünhan dərdimi biləndə. Ələsgər sizə gələndə, Sığallanıb bəzən, gözəl!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.