Gözəl
Dayanma uzaqda, keç otağıma, Əllərin üşüyər ayazdan, gözəl. Gəlişin könlümə bahar gətirsin, Doyunca zövq alım bu yazdan, gözəl.
Gələsən, qışımı yaz eyləyəsən, Gələsən, ruhumu saz eyləyəsən, Elə ömrün boyu naz eyləyəsən, Öləm bu qəmzədən, bu nazdan, gözəl.
Əbədi eşq olur, ötəri həvəs, Ömür bir udumluq çəkilən nəfəs. Tələs sevilməyə, sevməyə tələs, Qocalıq gələcək bir azdan, gözəl.
2000, 5 sentyabr