Göz yaşım üzümdə arx açar indi
Çəkdi çərxi-fələk oyuna məni, Nə açsa başıma çərx açar indi. Ağrılar hərraca qoyar canımı, Təzə bazar açar, nırx açar indi.
Dərdin qapısında qulam, nökərəm, Dərd Qara keşişdi, mən Yanıq Kərəm. Gözümdən yağışı elə tökərəm, Göz yaşım üzümdə arx açar indi.
Batır qanqalları dizimə mənim, Tale kül üfürür gözümə mənim. Qırx qapı bağlanıb üzümə mənim, Açmağı bacarmır qırx açar indi.
2007, 3 may