Göylərə varan mənəm
Bağ desən, gül açaram, Dağ desən, aran mənəm. Gözəllər Fərhadıyam, Qayalar yaran mənəm.
Eşqi başa tac bilib, Hər dərdə əlac bilib, Sevgini merac bilib, Göylərə varan mənəm.
Yarıb şaxtanı, qarı, Yıxıb bəndi, hasarı, Səni Tanrıya sarı, Alıb aparan mənəm.
2004, 29 sentyabr Cenevrə