Əsas məzmuna keç

Qoşabeyt

Göylərə qısqanma məni

Zəlimxan Yaqub

2

Qulağıma gələn səslər ürəyimdən xəbər vermir, Sevgi üçün yaranmışam, nifrət ilə anma məni.

Dirilərin cərgəsində addımlayan həqiqətəm, Yaddaşların sərvətiyəm, gəldi-gedər sanma məni.

Haqqı danmaq göy üzündə Günəşi danmaq kimi, Nə deyirsən haqqına de, nahaq yerə danma məni.

Yer dayağım, göy qismətim, ulduzlar ağ çiçəklərim, Uçmaq üçün doğulmuşam, göylərə qısqanma məni.

2006, 4 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.