Əsas məzmuna keç

Heca şeiri

Göylərə çağırış var

Zəlimxan Yaqub

1

Yaşıl bir diyardayam, Qəlbimə qüvvət gəlib. Çiçəklərdən ruhuma, Azıb təravət gəlib.

İşıq mənəm, nur mənəm, Eşqi çaydan gur mənəm. Dağ kimi məğrur mənəm, Dizimə taqət gəlib.

Nə yol kəsən yağış var, Nə qar-boranlı qış var. Göylərə çağırış var, Tanrıdan dəvət gəlib.

2004, 3 oktyabr Cenevrə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.