Əsas məzmuna keç

Gəraylı

Göylər qızı

Zəlimxan Yaqub

2

Heç bilmədim dağ gözəli Niyə gəldi, niyə getdi. Sevgi üçün yaranmışdı, Sevgi deyə-deyə getdi.

Canımdan bir can apardı, Yaralarmı qan apardı. Dəli bir boran apardı, Düşdü səsə-küyə, getdi.

Üfüqlərin zər qızıydı, Təbiətin tər qızıydı. Sanki, bir göylər qızıydı, Göydən gəldi, göyə getdi.

2008, 12 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.