Göylər başımın üstündə
Bu həyatdı sevən məni, Müqəddəs dərgahım kimi. Eşqi könlümün sultanı, Məhəbbəti şahım kimi.
Qəmimlə çatılar qaşı, Sevgimlə ucalar başı. Yağışları gözüm yaşı, Buludları ahım kimi.
Ocağı yanıb sönənim, Keçmişi külə dönənim. Xatirəsi xoş dünənim, Ümidi sabahım kimi.
Yaz var qışımın üstündə, Gül var daşımın üstündə. Göylər başımın üstündə, Dayanıb Allahım kimi.
2001, 13 noyabr