Əsas məzmuna keç

Gəraylı

Göyçənin

Zəlimxan Yaqub

1
İki gözündən şikəst olan tanınmış Borçalı nəğməkarı Aşıq Göyçəyə həsr edirəm

Ömrümüzə layla çalıb, Şirindi dili Göyçənin. Ağladar bəmdən, astadan, Güldürər zili Göyçənin.

Od yağdıran saza dönər, Min qəmzəyə, naza dönər, Arif görsə, yaza dönər, Açılar gülü Göyçənin.

Naləsi bağrımı dəldi, Bu səs mənə tanış gəldi. Bahalıdı, sözü ləldi, Qızıldı əli Göyçənin.

Hər əl bu sənətə yetməz, Bu dünyaya gələr, getməz. Təbiətdən izi itməz, Gül olar gülü Göyçənin.

Neçə arzu, xəyalı var, Zəlimxanla vüsalı var. Borçalıtək mahalı var, Qaçağan eli Göyçənin.

1978, 31 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.