Göy təcnisi
Havalanma, asta yeri, rahat gəz, Yıxılarsan, aşağı düş göydən, ə. Yer üzündə bərkiməmiş, bişməmiş, Boş-boşuna nə gəzirsən göydə, nə.
Salma bizi boş hay-küyə, qana, gəl, Gələn gərək gəldiyini qana, gəl, Sünbül kimi yetiş ətə, qana, gəl, Elə yaşa, qoy baş əysin göy, dənə.
Xeyir danış, yetər böhtan, yetər şər, Yetiş, kişi, yetiş, ustad, yetiş, ər. Yaxşı kişi kökü üstə yetişər, Sarı buğda demək olmaz göy dənə.