Əsas məzmuna keç

Gəraylı

Gövhərin keçməyən yerdə

Şah İsmayıl Xətai

1

Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eylə. Lə’l daşını çay daşına Qatma, qardaş, kərəm eylə.

Gördün bir yerdə aşina, Hər nə dersən öz başına, Yol daşını yol quşuna Atma, qardaş, kərəm eylə.

Gördünsə bir yerdə rəqib, Neylərsən yüzünə baxıb, Münkiri qatara çəkib Getmə, qardaş, kərəm eylə.

Xətayim çağırır, ərə, Dünya belə gəlmiş zira, Arif oxun əbəs yerə, Atma, qardaş, kərəm eylə.

Lüğət: Dersən – deyirsən; Münkir – inkar edən, danan

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.