Əsas məzmuna keç

Qoşma

Götürdüm

Zəlimxan Yaqub

1

Bir “İldırım” şeiri yazdım Qabalda, Mayasını ildırımdan götürdüm. Şimşək vurub dağıtmışdı torpağa, Hər sətrini bir şırımdan götürdüm.

Görünmürdü göy üzünün günəşi, Buludlarla özüm tutdum güləşi. Ürəyimdə alovlanan atəşi, Bir çınqıdan, bir qırımdan götürdüm.

Qara yelə pay vermədim tükümü, Palıd kimi dağa atdım kökümü. Şeir adlı barxanamı, yükümü Uçurumdan, sıldırımdan götürdüm.

2006, 11 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.