Əsas məzmuna keç

Qoşma

Göstər

Zəlimxan Yaqub

2

Qardaş, yeriyəndə əymə qəddini, Boylar sırasında boyunu göstər. “Ürək genişliyi nədir?” – desələr, Bu yurdun yerini, göyünü göstər.

Bu xalqın zilini endirmə pəsə, Səs ver Xətaidən gələn bir səsə. Kim səni arxadan vurmaq istəsə, Sən ona əlinin suyunu göstər.

Onsuz da içimdə bir həsrət mələr, Dərdim dilə gəlsə, dağları dələr. “Nisgilin, hicranın varmı?” – desələr, Araztək açılmaz düyünü göstər.

Odlar torpağında sönməsin işıq, Odsuz bir diyarda qarlı bir qışıq. Kənarda dayanıb çox aldanmışıq, Meydanda kökünü, soyunu göstər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.