Əsas məzmuna keç

Gəraylı

Görüşümüz baş tutmasa

Zəlimxan Yaqub

1

Yollarımı gözləməkdən, Dağlar baxa-baxa qalıb. Yurd həsrəti ürəyimi, Oda yaxa-yaxa qalıb.

Öpəm ocağın gözünü, Deyəm dağların sözünü. Bulud öldürür özünü, Şimşək çaxa-çaxa qalıb.

Dada çatmaz əldə əsa, Toy-düyünün dönər yasa. Görüşümüz baş tutmasa, Mənimki Allaha qalıb.

2001, 17 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.