Görüş
Ellərlə görüşüm çox şirin oldu, Arılar baş qoydu gülümün üstə! Elə çiçəklədi sözlər, kəlmələr, Bir çəmən göyərdi dilimin üstə!
Ötmədi mənasız, hədər bir anım, Odlu duyğularla qaynadı qanım. Sevgidən Kərəmtək alışdı canım, Sevənlər baş əydi külümün üstə!
Şöhrətdə ən uca zirvəyə tənəm, Günəşəm, buludam, yağışam, çənəm. Gördüm bu dünyanın anası mənəm, Dünya bir körpədi qolumun üstə.
Cahanı dolaşan səyyah olmuşam, Zəlimxan, çox şeydən agah olmuşam. Sanki el içində Allah olmuşam, Özgə bir əl yoxdu əlimin üstə!